YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Neft Daşları” yatağında yeni quyu istismara verilib

“Azneft” İstehsalat Birliyinin sifarişi ilə daha bir quyu istismar fonduna qəbul edilib.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, “Neft Daşları” yatağındakı 2585 nömrəli stasionar dəniz özülündə qazılmış 2582 nömrəli quyu istismara verilib. Qazılan quyu 2410-2395 metr intervaldan sutkalıq 20 ton neft və 1000 kubmetr qaz ilə istismar fonduna daxil edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.