YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mikayıl Cabbarov: Gənc elmi kadrların hazırlanması dövlətimizin diqqət mərkəzindədir

«2016-cı ildə qəbul olunmuş “Elm haqqında” qanunda ali təhsil müəssisələri üçün yeni “tədqiqat universiteti” statusu müəyyənləşdirilib. Bu, ali məktəblərimizin elmi fəaliyyətinin stimullaşdırılması və onların qarşısında qoyulan yeni tələblərlə bağlıdır». Bu fikirləri təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov bildirib ki, elmi potensialın qorunub saxlanılması və gənc elmi kadrların hazırlanması da dövlətimizin diqqət mərkəzindədir. Onun sözlərinə görə, bu məqsədlə ölkəmizdə doktorantura təhsilinin keyfiyyətinin artırılması, gənc kadrların xaricdə təhsil alması istiqamətində iş aparılır.

«Hazırda ölkənin müxtəlif universitetləri və elmi təşkilatlarında 33 min nəfər elmi tədqiqatlarla məşğul olur ki, onlardan 11 874 nəfəri fəlsəfə doktoru, 2.495 nəfəri isə elmlər doktorudur. Ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın son 2 ildə üstünlük ali təhsilin magistratura və doktorantura səviyyələrinə verilib, yalnız 2015-ci ildə seçilmiş 373 təqaüdçüdən 176 nəfər magistratura, 25 nəfər doktorantura, 70 nəfər rezidenturada təhsil almaq hüququ qazanıb. Dünyanın hətta ən inkişaf etmiş ölkələri üçün nadir hadisə sayılan dövlət hesabına gənclərimizin xaricdə təhsili Prezident İlham Əliyevin Azərbaycanın gələcəyi olan gənclərə göstərdiyi qayğının təzahürü kimi yüksək qiymətləndirilməlidir»- deyə, nazir vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv