YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Azərbaycanda bələdiyyələrin fəaliyyəti üçün möhkəm, dayanıqlı, təkmil normativ hüquqi baza yaradılıb

«Ümumiyyətlə, insan hüquqları, qanunun aliliyi, hakimiyyət bölgüsü, müstəqil məhkəmə sistemi və digər elementlərlə yanaşı yerli özünüidarəetmə institutu da  demokratiyanın əsas şərtləri sırasında xüsusi yer tutur». Bu fikri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı Kamran Bayramov deyib.

K.Bayramov bildirib ki, yerli özünüidarəetmənin əsas məqsədi əhalinin həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsindən ibarətdir. Onun fikrincə, yerli özünüidarətmə öz statusuna görə əhaliyə ən yaxın qurum hesab edilir, vətəndaşlarda idarəetmə bacarığını təlqin edir. Bu, vətəndaşların bir növ məsuliyyət və idarəetmə təcrübəsidir.

«Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyəti üçün möhkəm, dayanıqlı, təkmil normativ hüquqi baza yaradılıb. 1999-cu ildən keçən müddət ərzində bununla bağlı 20-yə yaxın qanun qəbul olunub. Buna nümunə olaraq «Bələdiyyələrin statusu haqqında», «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında», «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında», «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında», «Bələdiyyələrin əraziləri və torpaqları haqqında», «Bələdiyyə qulluğu haqqında» və digər qanunları qeyd etmək olar. Qəbul olunmuş qanunlara  zərurət yarandıqca dəyişikliklər edilir. Bu gün də həmin  qanunların təkmilləşdirilməsi prosesi davam edir. Bunun əsas məqsədi bədəliyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığın yüksəlməsi, ən əsası onların maliyyə və iqtisadi potensialının gücləndirilməsidir»- deyə, K.Bayramov qeyd edib.