YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək

Noyabrın 1-də Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, forumda Azərbaycan və Rusiyanın dövlət rəsmiləri, parlament nümayəndələri, iqtisadiyyatın sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və s. sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edəcək.

Tədbir çərçivəsində forumun plenar iclası, sənaye, turizm, aqrar və humanitar sahələr üzrə “dəyirmi masa”lar keçiriləcək və Azərbaycan-Rusiya biznes forumu təşkil ediləcək.

Forumda bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.

 

DİGƏR Xəbərlər Arxiv