YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanladı

Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə Prezident İlham Əliyevə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Pakistan ilə Azərbaycan arasında sıx əlaqələr mövcuddur. Ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələri qarşılıqlı hörmət, mədəni dəyərlərin ümumiliyi, həmçinin regional və beynəlxalq məsələlər üzrə mövqelərimizin oxşarlığı əsasında qurulub. Ölkələrimiz həmişə sınaq anlarında və çətin zamanlarda bir-birinə dəstək olublar. Əminəm ki, ölkələrimiz arasında mövcud münasibətlər gələcək illərdə daha da güclənəcək.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan xalqına tərəqqi arzulayıram.

Zati-aliləri, mənim dərin ehtiramımı və xoş arzularımı qəbul edin”.