Xəbərlər
Politoloq: Azərbaycanın inkişaf modeli müstəqillik illərində toplanmış təcrübəyə əsaslanır

«Biz öz müstəqil siyasətimizi aparmaqdan ötrü başqa bir dövlətdən, strukturdan asılı deyilik». Bu fikri politoloq Mübariz Əhmədoğlu deyib.
M.Əhmədoğlu bildirib ki, Azərbaycanın inkişaf modeli müstəqillik illərində toplanmış təcrübəyə əsaslanır. Onun sözlərinə görə, Azərbaycan dünyada gedən iqtisadi proseslərə öz töhfəsini verir.
«Dünyada gedən iqtisadi proseslər neqativ olanda, bu Azərbaycana da təsir edir. Biz dünya birliyinin tərkib hissəsiyik”. Bizim cəmiyyətin daxilində Azərbaycanın Avrasiya İiqtisadi İttifaqına, KTMT-yə üzv olması ilə bağlı səslənən fikirlər zərərlidiir. Bəzi siyasətçilər deyirlər ki, Azərbaycan KTMT-yə, Aİİ-yə üzv olsa, Qarabağ məsələsi həll olunacaq. Yanlış fikirdir. Bu fikirlər Rusiyada müəyyən qrupları şirnikləşdirir ki, Azərbaycanı əvvəlcə Aİİ-yə, KTMT-yə üzv etsinlər, sonra Qarabağ məsələsinə baxsınlar. Yəni Qarabağ məsələsində Rusiyada müəyyən qrupların mövqeyi dəyişmir. Onlarda əlavə iştah yaradır ki, Azərbaycanı Aİİ və KTMT-yə üzv etsinlər. Bütün bunlar zərərli yanaşmadır»- deyə politoloq qeyd edib.