YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüsal Quliyev: Gənclər hər bir ölkənin gələcəyini, inkişafını istiqamətləndirən aparıcı qüvvədir

«Gənclər hər bir ölkənin gələcəyini, inkişafını istiqamətləndirən aparıcı qüvvədir». Bu fikri Azərbaycan  Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev deyib.   

V.Quliyev bildirib ki, ölkəmizin strateji inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi birbaşa olaraq gələcəyin etibarlı təminatı olan gənc kadrların hazırlanmasından, onların intellektual və yaradıcı qüvvəyə, vətəndaş cəmiyyətinin aparıcı üzvlərinə çevrilməsindən asılıdır. Bu baxımdan gənclərlə ardıcıl iş aparılmalıdır.

«Eyni zamanda gənclər onlar üçün yaradılmış imkanlardan səmərli şəkildə yararlanmalıdır»- deyə, V.Quliyev vurğulayıb.