Xəbərlər
Robert Sekuta: ABŞ-ın Qarabağ münaqişəsinın həlli ilə bağlı mövqeyi dəyişməyib

ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək üçün Azərbaycan və Ermənistanla işə sadiq olaraq qalır.
Bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
O bildirib: "Həmkarım səfir Ceyms Uorlikin ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə Azərbaycana səfəri bu məsələnin həllinin axtarışı üçün cari səylərin bir hissəsidir".
R. Sekuta Azərbaycan-Amerika münasibətlərinin hazırki səviyyəsini müsbət qyimətləndirib. Səfir qeyd edib: “Hələ üzərində işləməli çox məsələ var, amma münasibətlərdə inkişaf artıq hiss olunacaq dərəcədədir”