Xəbərlər
Hindistanın ticarət və sənaye naziri Bakıya gəlir

Hindistanın ticarət və sənaye naziri Nirmala Sitharamanın başçılq etdiyi nümayəndə heyəti Hindistan-Azərbaycan Hökumətlərarası Komissiyasının 4-cü iclasında iştirak etmək məqsədilə Bakıya gələcək.
Səfər çərçivəsində oktyabrın 25-də hindistanlı qonaqlarla yerli sahibkarların görüşü nəzərdə tutulur. Görüşdə ikitərəfli sərmayə qoyuluşu imkanları və digər məsələlər müzakirə ediləcək.