YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sədərək rayon təşkilatının XI konfransı keçirilib

 Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatının XI konfransı keçirilib.

YAP Sədərək rayon təşkilatının sədri Arif Qasımov rayon təşkilatının fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edib. A.Qasımov deyib ki, konfranslararası dövrdə partiyanın rayon təşkilatı sıralarını kəmiyyət və keyfiyyət baxımından xeyli zənginləşdirib, ictimai-siyasi həyatda fəal iştirak edib. Hesabat dövründə partiyanın Sədərək rayon təşkilatının sıralarına 142 nəfər üzv qəbul edilib, onların 76 faizini, yəni 108 nəfəri gənclər, 21 faizini, yəni 30 nəfərini isə qadınlar təşkil edib.

Konfransda YAP Sədərək rayon təşkilatının İdarə Heyətinin üzvü, rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov, YAP  Naxçıvan Muxtar Respublikası təşkilatı İdarə Heyətinin üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisi yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev, YAP Sədərək rayon təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Əliyeva və  Sədərək kənd ərazi ilk partiya təşkilatının sədri Ceyhun Əlizadə və digərləri çıxış ediblər.

Konfrans rayon təşkilatının konfranslararası dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirib.

Konfransda həmçinin təşkilatı məsələlər müzakirə edilib. Arif Qasımov yenidən YAP Sədərək rayon təşkilatının sədri seçilib. Konfrans iştirakçılarının ümumi səsveməsi ilə rayon təşkilatının 23 nəfər tərkibdə Şurası, 12 nəfərdən ibarət İdarə Heyəti seçilib. Vüsalə Əliyeva Qadınlar Şurasının, Polad Rzazadə isə rayon təşkilatı Gənclər Birliyinin sədri seçiliblər.