Xəbərlər
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanladı
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Azərbaycan Respublikasının Müstəqillik Gününün ildönümü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Bu xoş fürsətdən istifadə edib, bildirmək istərdim ki, dost ölkələrimiz və xalqlarımız arasında möhkəm əlaqələr və hərtərəfli qarşılıqlı əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcək.
Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost xalqınıza bu əlamətdar gün münasibətilə rifah və tərəqqi arzu edirəm.”