YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabının təqdimatı olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda respublikamızın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli kitabda müstəqillik dövrü ədəbiyyatının təşəkkülü, formalaşması, ümumi xüsusiyyətləri və müasir inkişaf tendensiyalarının araşdırıldığını, əsas yaradıcı simalarına oçerklərin həsr olunduğunu bildirib. Qeyd olunub ki, nəşrdə 15 fəsil, onlarla icmal və portret oçerk, yüzdən çox yarımbaşlıq yer alıb. Kitab müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yeniliyini, zənginliyini və təkrarsızlığını ortaya çıxarır.

Akademik İ.Həbibbəylinin rəhbərliyi ilə iki cilddə, iri həcmdə (1890 səhifə) hazırlanmış kitab monoqrafik səciyyə daşıyır.

 

DİGƏR Xəbərlər Arxiv