YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Qarşıdakı illərdə də xalqımız öz dövlət müstəqilliyini yeni-yeni naliyyətlərlə, daha güclü Azərbaycanla qeyd edəcək

«Azərbaycan 25 ildir ki, müstəqil dövlət kimi yaşayır və inkişaf edir. Bütövlükdə bu dövrü üç mərhələyə bölmək olar. Birincisi, 1991-1993-cü illər, ikincisi, Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər, üçüncüsü isə Prezident İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdür». Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, müstəqilliyimizin birinci mərhələsində ölkəmizdə xaos, anarxiya hökm sürürdü ki, bu da Azərbaycanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Əgər xalqın tələbi ilə Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyun ayında hakimiyyətə qayıtmasaydı, xalqımızın və dövlətimizin taleyi sual altında olardı. Onun sözlərinə görə, Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddətdə ölkəmizdə ictimai-siyasi sabitliyi bərpa etdi, iqtisadi tənəzzülün qarşısı alındı və respublikanın inkişaf strategiyası müəyyən olundu: «1994-cü ildə «Əsrin müqaviləsi»nin imzalanması isə ölkəmizin inkişafının əsaslarının qoyulmasında müstəsna əhəmiyyət kəsb etdi və xalqımız öz sərvətlərinin  sahibi oldu. Eləcə də, ilk milli Konstitusiyanın  qəbul olunması böyük əhəmiyyət kəsb etdi. Həmçinin, torpaq islahatlarının  reallaşması ilə  insanlar öz torpaqlarının sahibinə çevrilərək mülkiyyət sahibi oldular. Bütün bunlar Heydər Əliyevin siyasəti nəticəsində müstəqilliyin iqtisadi, siyasi əsaslarını, dövlətçilik əsaslarını yaratmış oldu».   Onun sözlərinə görə, məhz Heydər Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində müstəqilliyimizin dönməzliyi təmin olundu.

Azərbaycanın məhz Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında inkişaf etdiyini deyən Əli Əhmədov bu gün Prezident İlham Əliyevin bu siyasəti    uğurla davam etdirdiyini diqqətə çatdırıb. O deyib ki, bu dövr dövlət müstəqillyinin iqtisadi, siyasi və digər əsaslarının çox ciddi şəkildə möhkəmlənməsi ilə müşaiyət olunub. Baş nazirin müavini qeyd edib ki, 2003-cü ildən keçən dövr ərzində ölkə iqtisadiyyatı dəfələrlə inkişaf edib, ölkəmizin siması dəyişib, modernləşib,  Azərbaycan regionun lider dövlətinə çevrilib, respublikamızın beynəlxalq müstəvidə mövqeyi möhkəmlənib. «Bütün bunların hamısı Azərbaycanın dövlət müstəqilliyinin ciddi şəkildə möhkəmlənməsi və inkişaf etməsi anlamını ortaya qoyur. Bu gerçəklik daha güclü təməllər üzərində özünü ifadə edir.  Azərbaycanın dövlət müstəqilliyinin elə bir möhkəm təməli yaradılıb ki,  Azərbaycan dövləti bu təməl üzərində müstəqil dövlət olaraq uzun illər yaşayacaq və xalqımız bu müstəqilliyin bəhrələrini dərk edəcək».

Qazanılan uğurlarla yanaşı öllkəmizin qarşısında gələcək hədəflərin də dayandığını deyən Əli Əhmədov ölkəmizin iqtisadiyyatının daha da güclənməsinin,  əhalinin rifah halının daha da  yüksəlməsinin, Azərbaycanın regionda və beynəlxalq miqyasda mövqelərinin daha da gücləndirilməsinin qarşıda dayanan əsas vəzifələr sırasında olduğunu vurğulayıb.  Onun fikrincə, bütün bunlar müstəqilliyimizin əbədiyaşar olması üçün önəmlidir: «Yeni iqtisadi modelin ortaya qoyulması, yeni islahatların həyata keçirilməsi  isə ölkəmizin gələck inkişafı üçün çox etibarlı zəmin olacaq. Beləliklə, Azərbaycan ötən 25 ildə böyuk inkişaf mərhələsi keçib və  bu dövr Azərbaycan tarixinin «qızıl əsri» hesab oluna bilər. Bir çox xalqlar öz tarixlərində «qızıl əsr» tapa bilmir. Amma Azərbaycan xalqının «qızıl əsri» bizim yaşadımız bugünlərdir. İnanıram ki, bu «qızıl əsr» uzun illər davam edəcək, Azərbaycan vətəndaşlarına xidmət edəcək, iqtisadiyatımız daha da inkişaf edəcək, daha möhtəşəm nailiyyətlər əldə edəcək, insanlarımız müstəqil dövlətin verdiyi bütün imkanlardan daha geniş və faydalı şəkildə istifadə edəcəklər». Əli Əhmədov əmin olduğunu bildirib ki, gələcəkdə xalqımız daha möhtəşəm uğurlar qazanacaq, qarşıdakı illərdə də xalqımız öz dövlət müstəqilliyini yeni-yeni naliyyətlərlə, daha güclü Azərbaycanla  qeyd edəcək.

DİGƏR Xəbərlər Arxiv