YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanladı

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə Prezident İlham Əliyevə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Sizə və Sizin şəxsinizdə bütün dost Azərbaycan xalqına Türkmənistan xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı yetirməyi özümə şərəf sayıram.

Müstəqillik illərində Sizin ölkənizin siyasi, iqtisadi və sosial sahələrdə qazandığı uğurları, habelə ölkələrimiz arasında yaranmış hərtərəfli münasibətlərin yüksək inkişaf səviyyəsini qeyd etməkdən fərəh duyuram. Əminəm ki, dövlətlərarası dialoqun daha da genişləndirilməsinə və dərinləşdirilməsinə Türkmənistanın və Azərbaycanın daim sadiq olması xalqlarımızın mənafelərinə uyğundur.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz həyat enerjisi və xoşbəxtlik arzu edirəm. Xahiş edirəm, dost Azərbaycan xalqına mənim ürəkdən gələn sülh, tərəqqi və firavanlıq arzularımı çatdırasınız”.

 

DİGƏR Xəbərlər Arxiv