YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vladimir Putin: Azərbaycanın qazandığı uğurlar hamı tərəfindən etiraf edilir

“Ötən 25 il ərzində sosial-iqtisadi və elmi-texniki inkişafın aktual məsələlərinin həllində Azərbaycanın qazandığı uğurlar hamı tərəfindən etiraf edilir. Sizin ölkəniz dünya arenasında haqlı olaraq böyük nüfuz qazanıb.

Məmnuniyyətlə qeyd edirəm ki, möhkəm mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq ruhunda dinamik inkişaf edir. Əminəm ki, bütün istiqamətlərdə ikitərəfli konstruktiv əlaqələri birgə səylərimizlə bundan sonra da möhkəmlədəcək, habelə beynəlxalq məsələlərdə səylərimizi daha sıx əlaqələndirəcəyik”. Bu sözlər Rusiya Federasiyasının Prezidenti Vladimir Putini Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi münasibətilə Prezident İlham Əliyevə təbrikində yer almışdır.

Təbrikdə daha sonra deylir: “Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, rifah və uğurlar, bütün Azərbaycan vətəndaşlarına sülh və firavanlıq arzu edirəm”.