YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Günay İmanova: Bu gün cəmi 25 yaşını qeyd edən, lakin yaşının qat–qat üstündə uğurlara imza atan Azərbaycanın vətəndaşı olmaqdan qürur duyan yüz minlərlə gənc var

«Ulu öndər Heydər Əliyevin adı təkcə Azərbaycanın müstəqilliyinin xilaskarı kimi yox, həm də müasir Azərbaycan dövlətinin banisi və qurucusu kimi tarixə qızıl hərflərlə yazılıb». Bu fikri YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin üzvü Günay İmanova oktyabrın 15-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə «Müstəqilliyin 25 ili-Müstəqilliyin yaşıdları» mövzusunda keçirilən  konfransda çıxışı zamanı deyib.

G.İmanova bildirib ki, bu gün cəmi 25 yaşını qeyd edən lakin yaşının qat–qat üstündə uğurlara imza atan Azərbaycanın vətəndaşı olmaqdan qürur duyan yüz minlərlə gənc var. Onun sözlərinə görə, Azərbaycanın tutduğu inkişaf yolu Ulu öndərimizin 25 il əvvəl xilaskarlıq missiyasını üzərinə götürməklə başlanıb: «Bu yol Müstəqillik yoludur. Müstəqillikdən başlanan yol mühüm uğurlarla zənginləşərək gələcəyə doğru davam edir. Azərbaycan bu mərhələləri böyük əziyyətlər, zəhmətlər bahasına olsa da keçib. Artıq 25 ildir ki, müstəqillik yolu ilə addımlayırıq. Dövlət başçısı cənab İlham Əliyevin müəyyən etdiyi strateji istiqamət əsasında Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub».