Xəbərlər
Rasim Musabəyov: Rusiya ilə Türkiyə arasında münasibətlərin normallaşması region üçün faydalıdır

«Rusiya ilə Türkiyə arasında münasibətlərin normallaşması region üçün faydalıdır». Bu fikri Milli Məclisin deputatı Rasim Musabəyov deyib.
R.Musabəyov bildirib ki, hazırda Rusiya Türkiyənin qaz bazarının 60 faizindən çoxuna nəzarət edir. Onun sözlərinə görə, «Türk axını» layihəsinin reallaşması faktiki olaraq hazırda Ukraynadan, Balkanlardan keçərək Türkiyəyə daxil olan qazın əvəzlənməsi olacaq.
«Həmçinin, “Türk axını” Azərbaycan üçün bazarı məhdudlaşdırmır. Ona görə ki, Türkiyədən Avropaya keçəcək ikinci xətt hələ Avropa İttifaqının dəstəyini almalıdır. Amma Azərbaycanın layihəsi dəstəklənib və qaz kəməri inşa edilir. Bütövlükdə, Türkiyə-Rusiya yaxınlaşması Azərbaycan üçün də faydalıdır»- deyə, R.Musabəyov qeyd edib.