YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Azərbaycan üçün enerji təhlükəsizliyi ilk növbədə enerji marşrutlarının şaxələndirilməsində öz təsdiqini tapır

«Azərbaycan üçün enerji təhlükəsizliyi ilk növbədə enerji marşrutlarının şaxələndirilməsində öz təsdiqini tapır». Bu fikri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, bu gün ölkənin təsdiq edilmiş enerji ehtiyatları 1,5-2 milyard tondan artıq neft və 2,6 trilyon kubmetr qazdan  ibarətdir və 7 kəmərlə Avropa və dünya bazarlarına çatdırılır. Onun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan  neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin istifadəyə verilməsi həm regional, həm də Avropanın enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir.

«Bu reallıqlar fonunda Azərbaycan dövləti qarşısında ya yeni qaz bazarlarına çıxış yolları axtarmaq, ya da ənənəvi istiqamətlər üzrə ixracı artırmaq vəzifəsi dururdu. Elə bu vəzifədən irəli gələrək 2011-ci ilin yanvar ayında Azərbaycan ilə Avropa İttifaqı arasında strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu imzalandı. Bu istiqamətdə əməkdaşlığı həyata keçirmək üçün birgə işçi qrupu yaradıldı. Ümumən, ölkəmiz qaz ixracı prosesində “Cənub” qaz dəhlizi layihəsinin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir»- deyə, deputat qeyd edib.