Xəbərlər
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 8 dəfə pozub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 8 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, işğal altında olan Goranboy və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.