YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Şəhid ailələrinə dövlət tərəfindən xüsusi qayğı göstərilir

«Şəhid ailələrinə dövlət tərəfindən xüsusi qayğı göstərilir. Bu məsələ daim ölkə Prezidentinin diqqət mərkəzindədir». Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

S.Novruzov bildirib ki, cəmiyyətdə də şəhid ailələrinə diqqət vacibdir. Şəhid ailələrinə bir sıra məsələlərdə güzəştlərin edildiyini deyən millət vəkilinin sözlərinə görə, bütün bunlar davamlı xarakter daşıyır.

«Amma komitəmizə bəzi problemlərlə bağlı ictimai birliklər tərəfindən müraciətlər də daxil olur. Hərc-mərclik dövründə Azərbaycanda xeyli adama Qarabağ müharibəsi veteranı vəsiqəsi verilib. Amma haqqı olanların bir hissəsi  bu vəsiqəni ala bilməyib. Elə şəxslər var ki, qəhrəmancasına döyüşüb, amma bu gün də veteran vəsiqəsi ala bilir. Bəziləri müharibədə iştirak etmədiyi halda veteran vəsiqəsi alıb. Yəni veteran vəsiqəsi paylanılıb. Onların sayı çoxdur. Hesab edirəm ki, bu məsələ müzakirə olunmalı və müvafiq tədbirlər görülməlidir. Hər kəs haqqını almalıdır»- deyə, S.Novruzov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv