YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi əhali tərəfindən müsbət qarşılanır

«Hazırda Tarif Şurası tərəfindən dövriyyədə olan 9 min 850-yə qədər adda dərman vasitələrinin qiyməti tənzimlənib. Qiymətlərin tənzimlənməsi əhali tərəfindən müsbət qarşılanır». Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, dövlət tənzimlənməsi nəticəsində ümumilikdə dərman vasitələrinin qiyməti iki dəfə aşağı enib. Onun sözlərinə görə, «Dərman vasitələri haqqında» qanuna edilən dəyişikliklər nəticəsində qiyməti tənzimlənən dərmanları fərqli qiymətə satan apteklər üçün məsuliyyət müəyyən edilir.

«Qanunun 4-cü maddəsinə edilən əlavəyə görə, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması (dövlət satınalmaları zamanı və ya tibb müəssisələrinə təklif edilən topdansatış qiymətlərdən aşağı qiymətlər istisna olmaqla) qadağan edilir. Bu tələblərin pozulmasına görə 1 il ərzində 3 dəfə məsuliyyətə cəlb olunmuş hüquq və fiziki şəxslərin lisenziyası “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq, lisenziya verən orqan tərəfindən 6 ayadək dayandırılacaq. Qanunun 16-cı maddəsinə edilən əlavəyə görə isə, dərman vasitələrinin istehsalçıları, xarici istehsalçıların yerli nümayəndəlikləri (filialları) və ya onların müvəkkil etdikləri şəxslər dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədi ilə bəyannamələri, hesabat sənədlərini və zərurui məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim etməyə borcludur»- deyə, M.Quliyev vurğulayıb.