YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səlim Müslümov: "İşsizlərin icbari sığortası haqqında" qanunu tezliklə qəbul etmək lazımdır

Azərbaycanda "İşsizlərin icbari sığortası haqqında" qanunu tez bir zamanda qəbul etmək lazımdır.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə deyib.

Onun sözlərinə görə, hazırda qanun layihəsi bütün müvafiq instansiyalarda artıq ekspertizadan keçib: "Biz Maliyyə Nazirliyinin rəyini gözləyirik və fikrimcə, yaxın gələcəkdə bu qanun layihəsi Nazirlər Kabinetinə təqdim olunacaq".