YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasını müsbət qarşılayır

BMT Rezident Əlaqələndiricisinin Azərbaycan ofisi Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması ilə bağlı bəyanat yayıb.

BMT-nin Azərbaycan nümayəndəliyindən verilən məlumata görə, bəyanatda qeyd olunur ki, BMT Rezident Əlaqələndiricisinin Azərbaycan ofisi Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Azərbaycan Prezidentinin fərmanını müsbət qarşılayır.

Qeyd olunur ki, hökumətin qlobal məqsədlərin səmərəli həyata keçirilməsi yolunda göstərdiyi öhdəlik kimi Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasından məmnunuq. Azərbaycandakı BMT Sistemi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində Şuranı dəstəkləməyə hazırdır və vətəndaş cəmiyyəti, eləcə də Azərbaycan cəmiyyətindəki digər seqmentləri bir araya gətirəcək inklyuziv prosesin baş tutacağına ümid edir.

Azərbaycan, BMT-nin digər 193 üzvü kimi, 2015-ci ilin sentyabrında BMT Sammitində 2030 Gündəliyini imzalayıb. Bununla, ölkə bu kollektiv təşəbbüsə qoşularaq, heç bir kəsin bu prosesdən kənarda qalmamasına söz verməklə, dünyanı dayanıqlı və güclü edəcək təxirəsalınmaz, cəsarətli və transformativ tədbirlərin həyata keçirilməsi öhdəliyini öz üzərinə götürüb.