YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın Sosial məsələlər üzrə komissiyasının iclası keçirilib

 

Bu gün Yeni Azərbaycan Partiyasının Sosial məsələlər üzrə komissiyasının iclası keçirilib. Komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü, partiyanın Səbail rayon təşkilatının sədri Zahid Qaralov iclasın gündəliyi haqqında məlumat verib. Gündəliyə komissiyanın 2014-cü il üçün iş planının daxil olduğunu deyən Z.Qaralov ümumilikdə, partiyanın komissiyalarının yaradılmasının əhəmiyyətli olduğunu bildirib.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə YAP-ın yaradılmasının cəmiyyətdə köklü dəyişikliklərə səbəb olduğunu deyən Z.Qaralov bildirib ki, bu amil ölkəmizdə sosial inkişafa da yol açmış oldu. YAP-ın bu gün cəmiyyətin həyatında mühüm rol oynadığını deyən Z.Qaralovun sözlərinə görə, komissiyaların yaradılması ölkəmizdə müxtəlif sahələrlə əlaqədar görülən işləri diqqətdə saxlamaq, qarşıda duran vəzifələrlə əlaqədar tədbirlər keçirmək, müəyyən təkliflərlə çıxış etmək məqsədi daşıyır. Yəni komissiyaların fəaliyyəti ümumi işimizin xeyrinə olacaq. Onun sözlərinə görə, YAP-ın Sosial məsələlər üzrə komissiyası da ölkəmizdə həyata keçirilən sosial siyasətlə bağlı məsələlərlə məşğul olacaq. Belə ki, bu sahəyə aid istiqamətlər üzrə görülən işlər təhlil olunacaq, müsbət məqamlar təqdir olunaraq cəmiyyətə çatdırılacaq, eləcə də həllini gözləyən məsələlər müvafiq qurumların iştirakı ilə müzakirə ediləcək. Bu məqsədlə komissiya il ərzində bir sıra tədbirlərin keçirilməsini nəzərdə tutur.
Müzakirələrdə çıxış edən komissiya üzvləri iş planı haqqında fikir və təkliflərini bildirblər. Sonda YAP-ın Sosial məsələlər üzrə komissiyasının 2014-cü il üçün iş planı qəbul olunub. 

DİGƏR Partiya xəbərləri Arxiv