YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərsun Holdinq” bir neçə yeni məhsulunu xarici bazara “Made in Azerbaijan” brendi ilə çıxaracaq

“Azərsun Holdinq” Şirkətlər Qrupu bir neçə yeni məhsulunu “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxarmağa hazırlaşır.

Bu barədə “Azərsun Holdinq” Şirkətlər Qrupunun prezidenti Abdulbari Gözəl məlumat verib.

Bildirib ki, Prezident İlham Əliyevin bu günlərdə imzaladığı “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydasının təsdiq edilməsi haqqında” Fərmanı istiqamətində “Azərsun Holdinq” tərəfindən də mühüm işlər görülür.

“Azərsun Holdinq” tərəfindən indiyədək 200 hektar sahədə 200 minədək meyvə ağacı əkilib. Şirkətlər Qrupunun “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxaracağı yeni məhsullar nar məhsulları və enerji şirələridir”, - deyə A.Gözəl qeyd edib.