YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Ölkəmizdə keçirilən forumlar Azərbaycanın dünyadakı yerinin möhkəmləndiyini bir daha təsdiq edir

«Bu gün Azərbaycan siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilməkdədir». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, ölkədə hər il bir neçə mötəbər beynəlxalq siyasi, iqtisadi, yaxud mədəni-humanitar tədbirlər keçirilir. Onun sözlərinə görə, müxtəlif ölkələrdən çoxlu sayda nüfuzlu elm adamlarının, dövlət və din xadimlərinin qatıldığı bu cür tədbirlər Azərbaycanın dünyada tanıdılması və müsbət imicinin formalaşdırılması baxımından çox böyük önəm kəsb edir.

«Azərbaycana gələn qonaqlar ölkəmizdəki tolerant mühitin, eləcə də, inkişafın, sosial sabitliyin şahidi olurlar. Ölkəmizdə keçirilən forumlar Azərbaycanın dünyadakı yerinin möhkəmləndiyini bir daha təsdiq edir. Bütün bunlar onu təsdiq edir ki, Azərbaycanın beynəlxalq nüfuzu artmaqda davam edir. Baxmayaraq ki, ölkəmizin inkişafını istəməyən qüvvələr var, onların cəhdləri hər zaman iflasa uğrayır. Çünki Azərbaycanın yolu haqq yoludur»- deyə, M.İbrahimqızı vurğulayıb.