YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Azərbaycan dünyada beynəlxalq tədbirlərin təşkilatçısı olan nüfuzlu bir dövlət kimi tanınır

«Azərbaycanda  Beynəlxalq Humanitar Forumun keçirilməsi artıq ənənənə halını alıb. Bu forumlarda yüzlərlə xarici qonaq iştirak edir. Qonaqların statistikasına baxsaq görərik ki, onlar nüfuzlu siyasi və ictimai xadimlər, elm adamları, Nobel mükafatçılarıdırlar». Bu fikirləri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

S.Orucov bildirib ki, V Bakı Beynəlxalq Forumu da bu baxımdan önəmlidir. Onun sözlərinə görə, Azərbaycan artıq dünyada beynəlxalq tədbirlərin təşkilatçısı olan nüfuzlu bir dövlət kimi tanınır.

«Azərbaycanda dövlət tərəfindən bu cür tədbirlərin keçirilməsinə dəstək göstərilir. Biz bütün dünyaya humanitar çağırışlar edən böyük bir tədbirə ev sahibliyi edirik. Bunun da ən əsas səbəbi Ulu öndər Heydər Əliyevin Azərbaycanı tolerant, sülhsevər, yardımsevər bir dövlət kimi dünyaya təqdim etməsidir. Ona görə də, Azərbaycana dünya dövlətləri tərəfindən böyük maraq göstərilir. Hal-hazırda da Prezident İlham Əliyev əsası Ulu öndər tərəfindən qoyulan siyasəti uğurla davam etdirir. Bu siyasət uğurlou nəticələr verməkdədir»- deyə, S.Orucov qeyd edib.