YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rasim Əliquliyev: İKT sektoru milli iqtisadiyyatın aparıcı və dinamik inkişaf edən sektoruna çevrilib

«Ölkəmizdə informasiya cəmiyyətinin bərqərar olması üçün zəruri struktur islahatları aparılıb, müvafiq qanunvericilik bazası və texniki infrastruktur formalaşdırılıb». Bu fikri AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru  Rasim Əliquliyev deyib.

R.Əliquliyev bildirib ki, bu sahədə  əlverişli investisiya mühiti yaradılıb. Onun sözlərinə görə, həyata keçirilən ardıcıl və uğurlu tədbirlər nəticəsində ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sektorunda sürətli və dayanıqlı inkişafa nail olunub.

«Ölkəmizdə informasiya iqtisadiyyatının əsas sektorlarından biri olan biliklər iqtisadiyyatının inkişafı üçün də əlverişli zəmin yaradılıb, bu istiqamətdə müəyyən nailiyyətlər əldə olunub, İKT sektoru milli iqtisadiyyatın aparıcı və dinamik inkişaf edən sektoruna çevrilib»- deyə, R.Əliquliyev qeyd edib.