YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: İslahatlar gələcək perspektivlər baxımından böyük əhəmiyyət kəsb edir

«Hazırda milli iqtisadiyyatımızın inkişafı istiqamtəində sistemli islahatlar həyata keçirilir». Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, həyata keçirilən islahatlar gələcək perspektivlər baxımından böyük əhəmiyyət kəsb edir.

«Bəzi ölkələrdən fərqli olaraq Azərbaycan özünün inkişaf modelini seçib. 1993-cü ildə müstəqilliyimizi itirmək təhlükəsi ilə üzləşdiyimiz vaxtda Ümummilli lider Heydər Əliyevin cəsarəti, dövlət neft sektorunu və təbii sərvətləri özəlləşdirməməsi ölkəmizin bugünkü parametrlərə sahib olmasına imkan yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər iqtisadiyyatın inkişafı yönündə mühüm addımlar atılıb. Bunun nəticəsində də Azərbaycan regionda iqtisadi baxımdan ən güclü dövlətdir. Hazırda həyata keçirilən islahatlar da inkişaf baxımından yeni perspektivlər vəd edir»- deyə, komitə sədri vurğulayıb.