YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aişə Abdullahi: Azərbaycan Afrika İttifaqı üçün mühüm tərəfdaşdır

Azərbaycan Afrika İttifaqı üçün mühüm və vacib tərəfdaşdır. Biz Azərbaycan ilə əlaqələri inkişaf etdirməkdə maraqlıyıq. Afrika İttifaqı çoxmədəniyyətli, bütün dinlərə hörmətlə yanaşan birlikdir.

Bu fikirləri V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı Aişə Abdullahi AZƏRTAC-a müsahibəsində deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumunun böyük əhəmiyyət daşıdığını vurğulayan Aişə Abdullahi tədbirin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb. O, iqtisadi böhran şəraitində Azərbaycanın regionda, xüsusilə MDB məkanında liderliyini qoruduğunu bildirərək deyib: “Azərbaycan son 20 ildə mühüm nailiyyətlər əldə etmiş ölkədir. Ölkəniz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfələr verir, qlobal iqtisadiyyatın inkişafında, hətta dünya iqtisadiyyatının sabitləşməsində önəmli rol oynayır. Azərbaycan Afrikada yaşanan böhranın çözülməsində də dəstəyini əsirgəmir. Düşünürəm ki, qarşılıqlı əməkdaşlığımızın möhkəmlənməsi bu işin xeyrinə olacaq”.

Aişə Abdullahi Bakını çox bəyəndiyini, onun inkişaf edən və cəlbedici şəhər olduğunu söyləyib.