YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Terese Marqolis: Azərbaycan qlobal əhəmiyyətli forumlar keçirməklə əməkdaşlıq imkanlarını ortaya qoyur

Azərbaycan bu cür qlobal əhəmiyyətli forumlar keçirməklə əməkdaşlıq imkanlarını ortaya qoyur.

Bu sözləri V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Meksikanın “The News” qəzetinin baş redaktoru Terese Marqolis AZƏRTAC-a eksklüziv müsahibəsində deyib.

Terese Marqolis bildirib ki, Bakıda artıq ikinci dəfədir olur və Azərbaycanın inkişafının, bu cür əhəmiyyətli beynəlxalq forumlar keçirməsinin təşəbbüskar olduğunun, belə forumlara ev sahibliyi etdiyinin şahididir.

“Mən çox sevinirəm ki, bu gün bu forumda iştirak edirəm. Azərbaycan demək olar hər il belə bir forum keçirir və özünün əməkdaşlıq niyyətini nümayiş etdirir”,- deyə T.Marqolis vurğulayıb.

Baş redaktor qeyd edib ki, bir çox xarici ölkələrdə olub və Azərbaycan kimi sülhpərvər, sakit ölkə görməyib. Azərbaycan insanı artıq dünya və bəşəriyyət üçün bir model olub.