YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nobel mükafatçıları Bakı Forumunu yüksək qiymətləndirirlər

V Bakı Beynəlxalq Humanitar Forumunda müxtəlif elm sahələri üzrə 15-dən artıq Nobel mükafatı laureatı da iştirak edir.

Forum çərçivəsində Nobel mükafatı laureatlarının iştirakı ilə plenar iclas keçirilib. İclasda Nobel mükafatı laureatları dünyada elm sahəsində baş verən tərəqqi və elm qarşısında duran çağırışlar barəsində öz fikirlərini bildiriblər.

Nobel mükafatı laureatları həmçinin Bakı Beynəlxalq Humanitar Forumunun işini yüksək qiymətləndirib və forumun təşkilatçılığına görə Azərbaycana öz təşəkkürlərini bildiriblər. Onlar qeyd ediblər ki, Bakı forumu elmin inkişafına da mühüm töhfə verir. Belə ki, dünyanın müxtəlif ölkələrindən olan elm adamları forum çərçivəsində müzakirələr aparır, elm qarşısında duran problemlərin həlli istiqamətində fikir mübadiləsi həyata keçirir və yeni ideyalar meydana gəlir.

 

DİGƏR Xəbərlər Arxiv