YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Arizonalı senator: Azərbaycan regionda çiçəklənmənin nümunəsidir

Azərbaycan böhranın tüğyan etdiyi regionda mütərəqqi və çiçəklənən ölkə nümunəsidir. Bunu V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Arizonadan olan senator Karlayl Bigey deyib.

Onun sözlərinə görə, multikulturalizm məsələlərinin müzakirə edilməsi dünyada demokratiya və ədalətin irəliləməsi baxımdan vacibdir.

Senator deyib ki, Bakı Forumu bütün dünyada multikulturalizm dəyərlərini inkişaf etdirmək üçün yeni ideyaları müzakirə etmək və mühüm qərarları qəbul etmək imkanı verir.