YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pan Gi Mun: Bakı Beynəlxalq Humanitar Forumu vacib meydançaya çevrilib

Bakı Beynəlxalq Humanitar Forumu mədəniyyətlərarası dialoq, tolerantlıq və millətlər arasında anlayışın inkişafına xidmət edən geniş spektr məsələlər üzrə fikir mübadiləsi üçün vacib meydançadır. Bu barədə BMT-nin Baş katibi Pan Gi Munun Forum iştirakçılarına müraciətində deyilir.

Məktubda qeyd edilir ki, bu il forum Azərbaycan üçün xüsusi xarakter daşıyır, çünki ölkə müstəqilliyinin 25 illiyini qeyd edir: "Bu müddət ərzində Azərbaycan çox şeyə nail olub".

Müraciətdə deyilir ki, 1991-ci ildən Azərbaycanda əhəmiyyətli sosial-iqtisadi inkişaf müşahidə olunur: “Azərbaycanın inkişafı ölkəyə Avrasiyada, Avropada və Yaxın Şərqdə humanitar məsələlərə artan diqqətlə mühüm rol oynamağa yardım edir.