YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İqtisadiyyat nazirinin müavini: Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi 2,2 dəfə artıb

Bu ilin 8 ayında Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi 2,2 dəfə artıb.

Bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev sentyabrın 29-da Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumunda deyib.

“Azərbaycan ilə Bolqarıstan arasındaki iqtisadi əlaqələr dinamik inkişaf edir. İndiyədək ölkələrimiz arasında 20-si iqtisadi olmaqla 70-yə yaxın sənəd imzalanıb. Azərbaycanda əlverişli biznes mühiti yaradılıb. Bolqarıstan şirkətlərini Azərbaycana investisiya yatırmağa, müştərək müəssisələrin və birgə istehsalın qurulmasında iştirak etməyə dəvət edirəm”, - deyə nazir müavini qeyd edib.

Biznes forumda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Bolqarıstanın Kiçik və Orta Sahibkarlığın Təşviqi Agentliyi (BSMERA), Azərbaycan Ticarət-Sənaye Palatası ilə Sofiya şəhərinin Ticarət-Sənaye Palatası, Azərbaycan Ticarət və Sənaye Palatası ilə BSMERA arasında, AZPROMO ilə Bolqarıstan-Azərbaycan Ticarət-Sənaye Palatası arasında əməkdaşlığa dair memorandumlar imzalanıb.

 

DİGƏR Xəbərlər Arxiv