YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistan Aeronavtika Kompleksinin sədri: “ADEX 2016” sərgisi yüksək səviyyədə və peşəkarlıqla təşkil olunub

Bakıda keçirilən “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisi sənaye peşəkarlarının diqqətini Pakistanda istehsal edilmiş aviasiya texnikasına yönəltməyə imkan verəcək.

Bu sözləri Bakı Sərgi Mərkəzində təşkil olunan “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirak edən Pakistan Aeronavtika Kompleksinin sədri, aviasiya marşalı Ərşad Malik AZƏRTAC-a müsahibəsində deyib.

Ərşad Malik bildirib: “Biz “ADEX” sərgisinə ikinci dəfədir qatılırıq və burada Pakistan istehsalı olan təyyarələri təqdim edirik. Bundan başqa, biz təyyarələr üçün istehlak malları ilə yanaşı, aviasiya texnikası və müxtəlif helikopter növləri üçün servis xidmətlərini də təqdim edirik. Pakistan stendinin ziyarətçiləri bizim aviasiya texnikasının dörd əsas modelinin maketlərini müşahidə edə bilirlər. Bizim kompleksin hər zaman yenilikləri olur. Onları təkcə Pakistanda yox, digər ölkələrdə də tanıtmaq, nümayiş etdirmək istəyirik. Ona görə də biz qardaş ölkədə keçirilən “ADEX 2016” sərgisindəyik.

Sərginin yüksək səviyyədə və peşəkarlıqla təşkil olunduğunu vurğulayan Ərşad Malik göstərilən diqqətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib.