YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abraham Kuper: Azərbaycan xalıqı tolerantlığı ilə fəxr edə bilər

Dünyanın hər yerində belə halla qarşılaşa bilmirik. Azərbaycanda yerli əhalidən başqa dini, milli, etnik azlıqlar, o cümlədən yəhudilər yaşayırlar. Bizim Prezident İlham Əliyevlə görüşümüz oldu. Bu görüşdə xüsusi olaraq qeyd edildi ki, tolerantlıq yalnız nəzəri fikir deyil. Azərbaycanda biz praktik olaraq görə bilirik ki, müxtəlif xalqların, dini və etnik azlıqların nümayəndələri birgə şəkildə mehriban yaşayırlar. Azərbaycan xalıq bununla fəxr edə bilər.

Bu fikirləri Azərbaycana səfərə gələn ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuper Quba rayonunda jurnalistlərə açıqlaması zamanı söyləyib.

Ölkəmizdə tolerantlığın yüksək səviyyədə olduğunu qeyd edən Abraham Kuper Qubadakı Qırmızı qəsəbədə iki sinaqoqu və mədəniyyət mərkəzini ziyarətdən məmnun qaldığını qeyd edib.

Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edən Abraham Kuper təəssüratını bölüşərək deyib: “Muzeyin xatirə kitabında mən də öz fikirlərimi yazdım. Burada qədim bir yəhudi məsəlindən istifadə etdim. Onun mahiyyəti bundan ibarətdir ki, keçmişini yadda saxlayırsansa, gələcəyə doğru gedirsən. Keçmişi qoruyub saxlamaq gələcəkdə sağ qalmağın əsasını təşkil edir. Bir millət öz keçmişini unudursa, onun gələcəkdə faciələrlə üzləşməsi, məhv olması qaçılmazdır. Burada insanlar soyqırıma məruz qalıblar, əzab-əziyyət çəkiblər. Gələcəkdə bu kimi hadisələrin təkrarlanmaması üçün keçmişi unutmamaq vacibdir”.