YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövnəq Abdullayev: SOCAR Gürcüstanın bütün bölgələrində qazlaşmaya nəzarət edəcək

“Azərbaycan Gürcüstan iqtisadiyyatına bir milyard dollaradək investisiya yatırıb. Bu investisiyalar iki dost və qardaş ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək”.

Bu sözləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev jurnalistlərə müsahibəsində deyib.

“Bu investisiyalar hesabına biz Kulevi terminalında yeni 5-ci və 6-cı anbarları istifadəyə verdik. Bu anbarlar terminal vasitəsilə neft və qaz məhsullarımızın satışı və tədarükü üçün geniş imkanlar yaradacaq. Artıq burada 400 min ton məhsul tədarük olunub və bu rəqəm gələcəkdə xeyli artacaq”, deyə R.Abdullayev bildirib.

Terminalda bir neçə xırda çənlər də tikilib. Bu da iri və kiçikhəcmli məhsullarını saxlanmasına və ixracına geniş imkanlar yaradacaqdır.

SOCAR prezidentinin sözlərinə görə, Kulevi terminalından artıq 25 milyon ton yük yola salınıb: “Düşünürük ki, bu azdır və biz terminalın imkanlarını daha da genişləndirəcəyik. Bunun üçün də potensial var”.

R.Abdullayev deyib ki, SOCAR Gürcüstanda qazlaşdırma işlərini də genişləndirib: “Biz Gürcüstan hökuməti qarşısında 250 min abonentin təbii qazla təminatı barədə öhdəçilik götürmüşdük. Artıq deyə bilərik ki, bu ilin sonunadək biz bu öhdəliyi tam yerinə yetirəcəyik”.

SOCAR, bundan sonra Gürcüstanın qazlaşdırma layihələrində iştirak etmək niyyətindədir. Bununla bağlı hökumətlə danışıqlar aparılır.

“SOCAR təkcə Tbilisidə deyil, Gürcüstanın digər bölgələrində də qazlaşmaya nəzarət edəcək”, – deyə R.Abdullayev vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv