YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cari ilin aprel ayından 86452 nəfər şəxsin müavinəti və təqaüdü artırılmışdır

Cari ilin ilk yarısında müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi önəm verilmişdir. Belə ki, 18262 nəfər müharibə əlilinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 2014-cü il aprelin 1-dən onlara verilən Prezident təqaüdünün məbləği I qrup əlillər üçün 150 manata, II qrup üçün 130 manata, III qrup üçün 100 manata, Böyük Vətən müharibəsi iştirakçılarına təyin edilən Prezident təqaüdünün məbləği isə 100 manata qaldırılmışdır.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov demişdir.
Nazir qeyd etmişdir ki, bütövlükdə, cari ilin aprel ayından 86452 nəfər şəxsin müavinəti və təqaüdü artırılmışdır ki, bu artımların maliyyələşdirilməsinə hər ay əlavə olaraq 2,1 milyon manat vəsait yönəldilir. 2014-cü ilin ilk yarısında sosial müavinətlərin, təqaüd və kompensasiyaların ödənilməsi üçün ümumilikdə dövlət büdcəsindən 145,6 milyon manat vəsait xərclənmişdir.

S.Müslümov diqqətə çatdırmışdır ki, cari ilin ötən dövrü ərzində 677 nəfər Qarabağ müharibəsi əlilinə, 323 nəfər Böyük Vətən müharibəsi əlilinə və onlara bərabər tutulan şəxslərə, ümumilikdə isə 1000 nəfərə minik avtomobili verilmişdir və bu prosesin avqust ayının sonunadək yekunlaşdırılması nəzərdə tutulur. Bundan əlavə, 118 nəfər imtiyazlı şəxsə nazirliyin sifarişi ilə inşa edilmiş yaşayış binalarında mənzillər verilmişdir.