YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB Parlamentlərarası Assambleyasının üzvü Serik Bektürqanov: Seçici fəallığı yüksəkdir

"Referendum normal keçirilir. Prosesin gedişini izlədiyimiz Sumqayıt şəhərinin seçki məntəqələri qanunla nəzərdə tutulmuş vaxtda öz qapılarını seçicilərin üzünə açdı. Bir neçə seçki məntəqələrdə olmuşuq. Seçici fəallığı yüksəkdir". Bunları referendumun gedişini izləyən MDB Parlamentlərarası Assambleyasının üzvü, seçki müşahidə missiyasının nümayəndəsi Serik Bektürqanov deyib. Onun sözlərinə görə, ən əsas amillərdən biri yerli müşahidəçilərin çoxluğudur: "Müşahidələrimə əsasən deyə bilərəm ki, həmin müşahidəçilərin mühüm əksəriyyəti fərqli təşviqat qruplarını, qeyri-hökumət təşkilatlarını təmsil edirlər. Bununla yanaşı, öz təşəbbüsləri ilə prosesi izləyən müşahidəçilər də çoxluq təşkil edir. Bu müsbət bir amildir. Proses qanun çərçivəsində normal şəkildə gedir".

DİGƏR Xəbərlər Arxiv