Xəbərlər
MDB təmsilçisi: Yüksək seçki fəallığı mövcuddur
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/18e67bca8efc4c55495c4eebea66fa05.jpg&w=360)
"Saat 8-dən Azərbaycanda keçirilən referendumla bağlı bir neçə məntəqədə olub, insanların səsverməsini müşahidə etmişəm. Yüksək seçki fəallığı mövcuddur". Bu fikirləri 29 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində seçki prosesini müşahidə edən MDB təmsilçisi Dmitri Azarov qeyd edib.
D.Azarov bildirib ki, Azərbaycanın seçki təcrübəsi çox mükəmməldir və bu təcrübə öyrənilməlidir: "Ümumxalq səsverməsinin azad və demokratik şəraitdə keçirilməsi üçün məntəqələrdə hər cür şərait, imkanlar yaradılıb. Seçicilər mütəşəkkil şəkildə məntəqələrə gələrək səsvermədə iştirak edirlər".