YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə məntəqələrdə əhali səsvermədə mütəşəkkil şəkildə iştirak edir

125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin əhatə edən 54 seçki məntəqəsində referendumla bağlı səsvermədə əhali mütəşəkkil şəkildə iştirak edir.

Məntəqələrin hamısı bütün zəruri texniki avadanlıqla təchiz edilib, referendumun azad, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb. Dairə seçki komissiyasında 51535 nəfər qeydiyyata alınıb.

Məntəqələrdə müşahidəçilər səsvermə prosesinin gedişini izləyirlər. Xarici və yerli kütləvi informasiya vasitələri səsvermənin işıqlandırılmasında iştirak edirlər.

Səs verənlər arasında 119 yaşlı Süsənbər Xanməmmədova da var.