YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan" təşviqat qrupu Xaçmaz şəhərində seçicilərlə görüş keçirib

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Xaçmaz şəhərində seçicilərlə görüş keçirib.

Görüşdə Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının, Yeni Azərbaycan” təşəbbüs qrupunun rayon şöbəsinin sədri Nazim Ağayev, millət vəkilləri İlham Əliyev, Eldəniz Səlimov, Yevda Abramov və digərləri iştirak ediblər.

Görüşdə ilk çıxış edən YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev bildirib ki, Konstitusiyada yaş senzinin aradan qaldırılması məsələsi nəzərdə tutulan dəyişikliklər gənclər üçün mühüm əhəmiyyət kəsb edir: "Təklif olunan əlavə və dəyişikliklərə əsasən, səsvermə hüququ olan şəxslər seçilmək hüququ qazanacaq. Bu təşəbbüs gənclər üçün çox böyük əhəmiyyət kəsb etməklə yanaşı, ölkəmizdə gənclərə göstərilən diqqətin əsas göstəricilərindəndir. Təklif olunan yeniliklər tək gənclərimizin deyil, ümumilikdə xalqımızın işıqlı gələcəyinə istiqamətlənib. Bu baxımdan hər kəsi səsverməyə çağırıram".

Daha sonra çıxış edən millət vəkilləri İham Əliyev, Eldəniz Səlimov, Yevda Abramov ölkə başçısı tərəfindən  Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin əhəmiyyətindən söz açıblar. Onlar bildiriblər ki, Referendum Aktında yer alan müddəlar həm dövlətimizin həm də xalqımızın gələcək inkişafına istiqamətlənib.

 Natiqlər çıxışlarının sonunda  seçiciləri sentyabrın 26-da ümumxalq səsverməsinə dəvət edib, təklif olunan əlavə və dəyişiklikləri dəstəkləməyə çağırıblar. 

 Görüşün sonunda çıxış edən seçicilər Konstitusiya islahatlarını dəstəklədiklərini bildiriblər. 

 

 

DİGƏR Xəbərlər Arxiv