YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” təşviqat qrupunun Ağdaş rayon şöbəsi seçicilərlə görüş - mitinq keçirib

26 sentyabr 2016-cı il tarixə təyin olunmuş ümumxalq səsverməsinin təbliğat-təşviqat kampaniyası Ağdaş rayonunda uğurla davam etdirilir.

Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun Ağdaş rayon şöbəsinin təşkilatçılığı ilə Ağdaş Dövlət Humanitar Kollecinin stadionunda ağdaşlı seçicilərin mitinqi keçirilib. Mitinqi Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Gənclər Birliyinin sədri Anar Şahmuradov açaraq ölkəmizin çox mühüm siyasi proses ərəfəsində olduğunu qeyd edib. O bildirib ki, hər kəs bu prosesdə aktiv iştirak edərək öz gələcəyi naminə səs verməlidir. 

Mitinqdə millət vəkillləri Elman Nəsirov, Sabir Hacıyev, Cavid Osmanov və Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Qadınlar Şurasının sədri Tənzilə Şıxıyeva geniş və əhatəli çıxış ediblər.