YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” təşviqat qrupunun Göyçay rayon şöbəsi ilk dəfə səs verəcək gənclərlə görüş keçirib

Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun Göyçay rayon şöbəsi ilk dəfə səs verəcək gənclərlə görüş keçirib.

 Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov açıq elan edib. O bildirib ki, Konstitusiyaya təklif olunan dəyişikliklər və əlavələrlə bağlı Referendum Aktı layihəsini imzalaması Prezidentin ölkə vətəndaşına verdiyi yüksək qiymətin təzahürüdür: "Ona görə də tam əminliklə demək olar ki, Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti bu dəyişikliklərə səs verəcək."

Milli Məclisin deputatı Professor Elman Nəsirov çıxış edərək dövlətin gənclər siyasətindən danışaraq deyib ki, bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır: "Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib".

Millət vəkili qeyd edib ki, ilk dəfə səs verəcək gənclərimiz isə daha fəal olmalıdırlar: "Çünki Azərbaycan xalqı müstəqillik uğrunda uzun müddət gərgin mübarizələr aparıb və biz artıq beşinci dəfədir ki, milli parlamentimizi formalaşdırırıq. Ona görə də, gənclər, xüsusən ilk dəfə səs verənlər səsvermə hüquqlarını reallaşdırmalı, hətta ətrafdakıları da bu prosesə cəlb etməlidirlər".

Daha sonra çıxış edənlər Göyçay Dövlət idarəsetmə və Texnalogiya kollecinin ilk dəfə səs verəcək olan tələbələri Pənahova Aytac, Məmmədzadə Bəhruz çıxışlarında bildiriblər ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər gənclərin gələcəyi üçün yeni imkanlar açır: "Biz gənclər bunu çox yaxşı dərk edərək ümumxalq səsverməsində fəal iştirak edəcək, təklif olunan əlavə və dəyişikliklərə "HƏ" deyəcəyik. Bu seçki prosesində fəallıq göstərərək kütləvi şəkildə məntəqələrə gedib səs verəcəyik".

Fəal gənclərdən olan İsmayılov Coşqun, Əzimov Əziz çıxışlarında Göyçay rayon gəncləri üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək və onlara göstərilən etimadı yüksək səviyyədə doğruldacaqlarını bildiriblər.