YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Referendum üzrə “Yeni Azərbaycan" təşviqat qrupunun İsmayıllı rayon şöbəsi gənclərlə görüş keçirib

Referendum üzrə “Yeni Azərbaycan" təşviqat qrupunun İsmayıllı rayon şöbəsi gənclərlə görüş keçirilib.

 Tədbiri giriş sözü ilə “Yeni Azərbaycan” təşviqat qrupunun rayon şöbəsinin və YAP rayon təşkilatının sədri Əzizə Vahabova açaraq qeyd edib ki, 26 sentyabr tarixində ölkəmizdə baş tutacaq ümumxalq səsverməsi – referendum inkişafın ortaya çıxardığı reallıqlardan və zərurətdən qaynaqlanır.

Tədbirdə Millət Vəkili, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin deputatı Novruzəli Aslanov, İrəli Gənclər İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış edərək qeyd etdilər ki, dünyanın qabaqcıl ölkələrində zamanın tələbinə uyğun olaraq konstitusiya islahatları aparılır: “Dövlətin təhlükəsizliyinin gücləndirilməsi, iqtisadi inkişafın dayanıqlığının təmin edilməsi və insan haqlarının müdafiəsinin gücləndirilməsi üçün hüquqi ishalatların aparılmasına ehtiyac var. Dünyada və regionda cərəyan edən proseslər, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması, bunun fonunda Azərbaycana olan diqqətin artması Konstitusiya islahatlarının aparılmasını zəruri edir. Beynəlxalq hüququn subyekti olan Azərbaycan həm siyasi, iqtisadi, həm idman, mədəniyyət, həm də digər sektorlarda dünyada öz sözünü deyir. Bütün sahələr üzrə ölkədə inkişaf müşahidə olunmaqdadır. Dünyada və regionda baş verən proseslər Azərbaycanı konstitusiya islahatları aparmağa vadar edir. İnanırıq ki, sentyabrın 26-da keçiriləcək referendum Azərbaycanda yeni bir siyasi düzənin başlanğıcı olacaq və yeni iqtisadi tərəqqinin əsasını qoyacaqdır.”

Tədbirdə YAP İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin sədr əvəzi Şəhla Qafarova, seçicilər Orxan Ağayev, Ayişə Yusifli, Sevinc Hüseynova, Anar Həsənov, ilk dəfə səs verənlər Namiq Vahabzadə, Nərgiz Məmmədova və başqaları çıxış edərək qeyd etdilər ki, bu günə qədər keçirilən bütün seçkilərin nəticələri də, vətəndaşların möhtərəm Prezidentimizə olan böyük sevgisi və rəğbəti də bizə onu deməyə imkan verir ki, xalqımız cənab Prezidentin irəli sürdüyü bütün təşəbbüslərin məhz insanlarımızın daha yaxşı yaşamasına, dövlətimizin daha güclü olmasına xidmət etdiyini dərk edirlər. Ona görə də, şübhə yoxdur ki, bu referendumda da biz bu dəstəyi növbəti dəfə görəcəyik.Təklif edilən dəyişikliklərlə yaş senzinin aradan qaldırılması gənclərin qarşısında yeni üfüqlar açır. Onlar dövlətimizin gənclərə göstərdiyi qayğıdan ruhlanaraq sentyabrın 26-da seçki məntəqələrinə gedərək Azərbaycanın işıqlı gələcəyinə, Referendum Aktına "HƏ" deyəcəklərini bildiriblər.