YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan " təşviqat qrupu Qobustan rayonunda qadın seçicilərlə görüş keçirib

Referendum üzrə "Yeni Azərbaycan " təşviqat qrupu Qobustan rayonunda qadın seçicilərlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Qobustan rayon təşkilatının və Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Qobustan rayon şöbəsinin sədri Füzuli Gülaliyev Konustitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı məlumat verib. Qeyd edib ki, Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin bir çox sahələrdə yeni keyfiyyət standartlarının yaranmasına səbəb olacaq: "Konstitusiya ilə bağlı 29 məsələ vətəndaşların müzakirəsinə təqdim olunacaq ki, onlardan 23-ü dəyişikliklər, 6-sı isə əlavələrdir. Təklif olunan əlavə və dəyişikliklər bir çox istiqamətləri əhatə edir. Referendum Aktı layihəsində əksini tapan məsələlər sahibkarlıq, insane hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün tələblərinə cavab verən islahatların həyata keçirilməsini təmin edəcəkdir. Bütövlükdə isə təklif olunan əlavə və dəyişikliklər hüquqların etibarlı təminatçısı olacaq, idarəetmə sisteminin daha da təkmilləşməsinə mühüm töhvələr verəcək".

Görüşdə YAP Qobustan rayon qadınlar şurasının üzvü Zümrüd Şərifova çıxış  edərək Konustitusiya islahatlarının əhəmiyyətindən söz açıb. Bildirib ki, YAP Qobustan rayon təşkilatında təmsil olunan 680 nəfərdən çox qadının da rayonun ictimai-siyasi həyatında aktiv iştirak edir. Z.Şərifova qarşıdan gələn Ümumxalq səsverməsində də məhz belə olacağına inandığını vurğulayaraq Konustitusiya dəyişiklikləri Azərbaycanın gələcəyi, ölkəmizdə idarəetmənin keyfiyyətcə yeni mərhələyə daşınması, insan hüquqlarının daha yaxşı təmin olunması ,milli və dövlət təhlükəsizliyi baxımından olduqca əhəmiyyətli olduğunu qeyd edib. Z.Şərifova seçici ləri, o cümlədən qadınları Referendum ilə əlaqədar Konstitusiyamıza əlavə və dəyişiklik ediləcək 26 sentyabrda seçki məntəqələrinə gələrək səs verməyə çağırıb.

Görüşdə qadın seçicilərdən Nahidə Kərimova, Mətanət Abdulxalıqova və digərləri çıxış edərək Müstəqil Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişiklikləri bəyəndiklərini, 26 sentyabr 2016- cı il tarixdə keçiriləcək Referendumda edilən dəyişiklik və əlavələrə səs verəcəklərini bildiriblər.

 

DİGƏR Xəbərlər Arxiv