YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramin Məmmədov: Azərbaycanının nailiyyətlərini dünya gəncləri arasında təbliğ etmək üçün əməkdaşlıq əlaqələri böyük əhəmiyyət kəsb edir

«YAP Gənclər Birliyi bir sıra dövlətlərin nüfuzlu siyasi təşkilatları ilə əməkdaşlıq edir. Bu əməkdaşlığın əhatə dairəsi genişlənməkdədir». Bu fikirləri YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov deyib. 

R.Məmmədov bildirib ki, təşkilat dünyada mövcud olan gənclər qurumları ilə əlaqələrin daha da genişlənməsini planlaşdırır. Onun sözlərinə görə, bununla bağlı bir sıra ölkələrinin hakim partiyalarının gəncləri və fəal gənclər təşkilatları ilə əməkdaşlığın gücləndirilməsi yönündə işlər aparılır.

«Ümumiyyətlə, Avropanın da bir sıra gənclər təşkilatları ilə fəal əməkdaşlıq edirik. Hesab edirəm ki, partiyamızın beynəlxalq arenada daha yaxşı tanınması üçün, həm də Azərbaycanının nailiyyətlərini dünya gəncləri arasında təbliğ etmək üçün bu əməkdaşlıq əlaqələri böyük əhəmiyyət kəsb edir»- deyə, YAP Gənclər Birliyinin sədr müavini qeyd edib.