YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupu Tərtər rayonunda seçicilərlə görüş-mitinq keçirib

"Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupu Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə əlaqədar Tərtər rayonunda seçicilərlə görüş-mitinq keçirib.

 Tədbiri giriş sözü ilə açan "Yeni Azərbaycan" təşviqat qrupunun Tərtər rayon şöbəsinin sədri Ramiz Şabanov Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı məlumat verib. 

O, qeyd edib ki, nəzərdə tutulan dəyişikliklər əsasən insan hüquq və azadlıqlarının daha da genişləndirilməsini özündə ehtiva edir, vətəndaşlara yeni hüquqlar verilir, eyni zamanda, hüquqdan siyasi manipulyasiya vasitəsi kimi istifadə etmək imkanları məhdudlaşdırılır: "Bundan başqa, dəyişikliklərdə ölkəmizin təhlükəsizliyi ilə bağlı mühüm müddəalar öz əksini tapır. Təbii ki, hər bir xalqın və dövlətin milli təhlükəsizliyi ən prioritet məsələdir. Bu mənada, təhlükəsizliyimizin konstitusion əsaslarının yaradılması üçün əsas qanuna ediləcək dəyişikliklər olduqca böyük əhəmiyyətə malikdir".

Sonra çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun vəkili Ağalar Vəliyev Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin zamanın tələbi olduğunu deyib: "Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulundan bizi 21 illik zaman fasiləsi ayırır. Bu müddət ərzində iki dəfə – 2002-ci və 2009-cu illərdə Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi keçirilib.
Son ümumxalq səsverməsindən, yəni 2009-cu ildən bu günə qədər ölkəmizin ayrı-ayrı sahələrdə qazandığı uğurlar, əldə etdiyi təcrübə göz qabağındadır. Qazanılan hər bir uğur, qət edilən hər bir uğurlu yol, eyni zamanda, dünyada başi verən yeniliklər ortaya yeni tələblər çıxarır ki, bu da özlüyündə bir sıra qanunlarda, o cümlədən Əsas Qanunda dəyişikliklərin edilməsi zərurətini yaradır".

Millət vəkili deyib ki, məhz bütün bu sadalananları nəzə aldıqda Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişiklikləri zərurətə çevirən amillər barədə aydın təsəvvür yaranır.

Görüş-mitinqdə həmçinin, Tərtər şəhər sakini Lalə Rəhimli, Səhləbad kənd sakini Validə Mahmudova, İərvanlı kənd sakini Faiq Məmmədov və başqaları  çıxış edərək bildiriblər ki, ölkəmizin əldə etdiyi uğurların davamlı olması üçün xalqımız, o cümlədən tərtərlilər sentyabrın 26-da Konstitusiya təklif olunan əlavə və dəyişikliklərə səs verəcəklər .

DİGƏR Xəbərlər Arxiv