YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Şabran rayonunda seçicilərlə görüş keçirib

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Şabran rayonunda seçicilərlə görüş keçirib.

Görüşdə Yeni Azərbaycan Partiyasının Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, millət vəkili Tahir Süleymanov iştirak ediblər.

200 nəfər seçicinin iştirak etdiyi tədbirdə ilk çıxış edən YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov seçicilərə sentyabrın 26-da ölkəmizdə keçiriləcək ümumxalq səsverməsinin (referendum) əhəmiyyəti haqqında məlumat verib.

O bildirib ki, ölkə başçısı tərəfindən Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər bir çox istiqamətləri əhatə edir: "Referendum Aktında ölkəmizin təhlükəsizliyi, insan hüquq və azadlıqlarının qorunması və digər məsələlərə dair müddəalar yer alıb. Bütün bunlar dövlətimizin inkişafı üçün mühüm məqamlardır. Təklif olunan əlavə və dəyişikliklərin hər biri ölkəmizin gələcək inkişafına istiqamətlənib. Biz öz gələcəyimiz naminə səs verməliyik. Sentyabrın 26-da bütün qadın seçicilərimizi səsvermədə aktiv iştirak etməyə dəvət edirəm".

 Daha sonra çıxış edən "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev söyləyib ki, Referendum Aktı layihəsi çərçivəsində Konstitusiyamızda ediləcək əlavə və dəyişikliklər inkişafın növbəti mərhələsinə keçid imkanı yaradır: "Bu imkandan istifadə etmək isə günümüzün tələbinə çevrilib. Çünki davamlı islahatlar aparılmasa, əldə edilən inkişaf tərəqqi edən dünya ilə ayaqlaşa bilməz. Bu, həm də bir aksiomadır. Ona görə də Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər sosial, siyasi, iqtisadi, hüquqi sahələrdə, o cümlədən idarəetmədə kompleks islahatları özündə kifayət qədər ehtiva edir, islahatlar nəticəsində əldə ediləcək növbəti nailiyyətləri səciyyələndirir".

Çıxış edən millət vəkili Tahir Süleymanov konstitusiya islahatlarını dəstəklədiyini və bu islahatların ölkəmizin gələcək inkişafında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Çıxış edən seçicilər təklif olunan əlavə və dəyişikliklər haqqında məlumatlı olduqlarını və səsvermə günü seçkidə fəal olub Referendum Aktına "HƏ" deyəcəklərini bildiriblər.